Canlı
Təcili yardım maşınlarına kameralar quraşdırılacaq

2018-03-12 / 16:02

Yaxın günlərdə respublika üzrə 12 regional məntəqənin təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq. Səhiyyə Nazirliyinin Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib ki, bu kameraların köməyi ilə kütləvi və hansısa ağır yol qəzası zamanı yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək. Keçən il telesəhiyyə vasitəsilə ən çox Zaqatalada çağırış olub. Gəncə, Masallı, Lənkəranda isə 17 % xəstəyə məsləhət verilib.

Vüsalə Camal