Molla rejiminə qarşı etirazlar davam edir. Xuzestan əyalətinin Əhvaz şəhərində təqaüdçülər acınacaqlı vəziyyətləri ilə bağlı nümayiş keçiriblər.
Rejim Xoyda zəlzələdən zərər çəkənlərə qarşı da laqeyddir. Bu yanaşma kino və teatr ictimaiyyətinin də tənqidinə səbəb olub. Aktyor Kambiz Dirbaz rejimi Xoy sakinlərinə yardım etmədiyinə görə sərt tənqid edib.
Molla rejiminin 2022-ci ildə ümummilli etirazların yatırılması zamanı 190 sənətçiyə təzyiq göstərdiyi də açıqlanıb.
Təbrizdə isə müəllimlər aksiya keçiriblər. Molla rejiminin onların problemləri ilə maraqlanmadığını, onlardan pul alındığını və ev tikintisi üçün yerlərin verilmədiyini bildirərək etiraz səslərini qaldırıblar.
Bu arada, Təbrizin Kərkəc kəndində qaz partlayışı nəticəsində dörd bina uçub, azı iki nəfər həlak olub, altı nəfər isə xəsarət alıb.
Nərgiz Camalzadə