Təbrizdə helikopter qəzasında həlak olanlarla vida mərasimi keçirilib
Təbrizdə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi keçirilib. Vida mərasimləri Tehranda və İranın digər bölgələrində də olacaq. İbrahim Rəisi mayın 23-də Məşhəd şəhərində İmam Rza ziyarətgahında dəfn ediləcək.
Zülfiyyə Telmanqızı