TƏBİB xəbərdarlıq edir: gənclər diqqətli olsunlar
2020-10-26 14:09
Koronavirusa yoluxma bütün yaş qrupları arasında qeydə alınsa da, yoluxma orta yaşlı insanlar arasında daha çoxdur. Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib. “Yaşlılar bu xəstəliyi ağır keçirirlər. Cavan xəstələrdə isə klinik əlamətlər ya yüngül, ya da heç olmaya bilər. Koronavirusa yoluxan cavanlar əsl infeksiya mənbəyi olurlar və digər insanları virusa yoluxdururlar. Buna diqqət etmək lazımdır", - deyə Qurbanov qeyd edib.
Vüsalə Camal