TƏBİB valideynləri uşaqların peyvəndinə çağırdı
2020-04-24 12:03
Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə deyilir ki, əgər uşaq sadalanan xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər. Aprelin 20-dən 26-dək respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir.
Vəfa Şairova