TƏBİB koronavirus infeksiyası ilə bağlı əhaliyə müraciət edib
2020-12-09 10:09
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi koronavirus infeksiyası ilə bağlı əhaliyə müraciət edib. "Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər" - deyə müraciətdə bildirilir. Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur.
Vəfa Şairova