TƏBİB-dən çağırış: "Donor olmağınıza ehtiyacımız var"

2020-04-07 18:05

"Milli Hematologiya və Transfuziologiya Mərkəzində qan təchizatı və təminatı ilə bağlı heç bir problem yoxdur". Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qan təminatı ötən aylarda olduğu kimi aparılır: "Pandemiya dövründə qan vermək təhlükəsizdir. Bununla bağlı TƏBİB tərəfindən mütəmadi paylaşımlar, eləcə də çağırışlar da ediləcək. Başa düşməliyik ki, donorluq daimi ehtiyac, təcili və təxirə salınmaz məqamdır. Buna görə də vətəndaşlara müraciət edirik ki, karantin rejiminin qaydalarını pozmamaq şərti ilə Mərkəzi Qan Bankına gələrək donorluq etməyə davam etsinlər. Qan Bankları 24 saat açıqdır, sterilliyi və təhlükəsizliyi təmin etmək üçün xüsusi tədbirlər görülür”, - deyə qurumdan bildirilib. Vurğulanıb ki, qan bağışlamaq təhlükəsiz bir prosesdir, insanlar donor olmaqdan çəkinməməlidirlər: “Donorlarımızın və tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçiririk. Qan çatışmazlığı həyatları qandan asılı olan hemotoloji xəstələrin, təcili əməliyyata ehtiyacı olan şəxslərin, avtomobil qəzaları və digər fövqəladə halların qurbanlarının həyatda qalmalarına mənfi təsir göstərə bilər. Qanvermə zəruridir. Donor olmağınıza ehtiyacımız var”.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik