Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.Daha sonra dövlət başçıları Şuşada Bülbülün ev-muzeyində olublar.Prezident İlham Əliyev Şuşada Cıdır düzündə Türkmənistan dövlətinin başçısına "Mərd" adlı Qarabağ atını hədiyyə edib. Qeyd edək ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri iyunun 23-də başa çatıb.
23 iyun 2026

