Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonunda səfərdədir. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentini Prezident İlham Əliyev qarşılayıb. Dövlət başçıları Füzuli şəhərində olublar. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə məlumat verib. O deyib ki, “Ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulan Füzulidə 2040-cı ilədək 50 min nəfərin yaşaması nəzərdə tutulur. Səfər zamanı Türkmənistanın dəstəyi ilə inşa edilən və 500 nəfərlik ibadət tutumuna malik
23 iyun 2026

