Türkiyənin yeni hərbi attaşesi Azərbaycanın Müdafiə nazirinə təqdim olunub
2021-10-08 14:10
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Zəkəriyyə Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nərgiz camal