"Türkiyənin xoşbəxt və firavan olmasına heç bir güc mane ola bilməyəcək"
"Türkiyə Cümhuriyyətinin xoşbəxt, firavan və qalib olmasına heç bir güc mane ola bilməyəcək". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib. Ərdoğan vurğulayıb ki, harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn Türkiyədir. "Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik", - Ərdoğan əlavə edib.
Nərgiz Camalzadə