Türkiyənin "Trabzonspor" klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb
2021-02-19 12:10
Türkiyənin "Trabzonspor" klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb. Beləlikdə, bölgə klubunda 7 futbolçu və 3 işçi koronavirusa yoluxub. "Trabzonspor" bu gün Türkiyə Super Liqasının 25-ci turunda "Başakşehir"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20-də başlayacaq.
Fərid Mehdiyev