Türkiyənin "Sivasspor" klubunun daha üç futbolçusunda koronavirus aşkarlanıb
2020-12-09 14:09
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun daha üç futbolçusunda koronavirus aşkarlanıb. Onlardan 2-si daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır. "Sivasspor" qrup mərhələsinin sonuncu turunda İsraildə "Makkabi" komandası ilə üz-üzə gələcək. "Qarabağ"ın "Vilyarreal" ilə səfər matçı isə klubumuzun heyətində kütləvi yoluxma olduğu üçün baş tutmayacaq.
Vüsalə Camal