Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti Bakı-İstanbul-Bakı reyslərini bərpa edir
2020-06-02 18:05
Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti Bakı-İstanbul-Bakı reyslərini bərpa edir. Artıq aviabiletlər də satışa çıxarılıb. “Əgər iyunun 15-də sərhədlər açılsa, uçuşlar həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər.
Fərid Mehdiyev