Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu tvitterdə aktiv şəkildə Azərbaycana dəstəyini nümayiş etdirib
2020-10-19 12:07
Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu tvitterdə aktiv şəkildə Azərbaycana dəstəyini nümayiş etdirib. Serial, kino və TV ulduzu hesabında Ermənistanın Gəncəyə son hücumuna ayrıca yer verib. Kənanın ilk tviti uşaqların qətliamı ilə bağlı olub: “Uşaqların öldüyü yerdə insanlıqdan nifrət etməmək mümkün deyil”. Həmçinin, İmirzalıoğlunun aparıcılıq etdiyi “Kim milyoner olmaq istəyir?” proqramının sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı “Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?”- sualınə verib.
Vüsalə Camal