Türkiyənin İzmir şəhərində zəlzələ zamanı ölənlərin sayı 109 nəfərə yüksəlib
2020-11-03 18:05
Türkiyənin İzmir şəhərində zəlzələ zamanı ölənlərin sayı 109 nəfərə yüksəlib. Yeraltı təkanlar nəticəsində 1036 nəfər yaralanıb, onlardan 898-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. 138 nəfərin müalicəsi xəstəxana şəraitində davam edir. Dağılan 4 binada hazırda müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Fərid Mehdiyev