Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb
2020-11-02 12:08
Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. Yaralı sayı isə 962-dir. Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum bildirib ki, zəlzələdən sonra 2234 binaya baxış keçirilib. 41 bina tamamilə dağılıb və ya ciddi ziyan görüb. Zərər görən tikililər arasında İzmir Böyükşəhər Bələdiyyəsinin inzibati binası da var.
Fərid Mehdiyev