2020-11-08 15:09
"Şuşa Ermənistan işğalından qurtuldu. Mübarək olsun! Uğurlu olsun". Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində paylaşıb. “Şuşada hakimiyyətin təmin edilməsi Azərbaycan üçün çox ciddi hadisədir, sevindiricidir”. Bunu isə Türkiyənin vitse-prezidenti Fuad Oqtay bildirib. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında da Şuşanın işğaldan azad olunması münasibətilə paylaşım edilib. “Qəhrəman Azərbaycan Ordusu böyük əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik. “Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı məşhur xarıbülbül çiçəyinin açılmasını izləyəcəklər, ətrini alacaqlar. Nə xoşbəxt onlara!”, - deyə paylaşımda vurğulanıb. Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin azad olunması mübarək olsun. Azərbaycanın şanlı bayrağı bir daha enməmək üzrə Şuşada dalğalandırılacaq. "Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!". Bunu Türkiyənin Xarici işlər nazirliyi Mövlud Çavuşoğlu deyib. “Şuşa Azərbaycandır. Mübarək olsun. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək”. Bunu isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “Twitter” hesabında yazıb. Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım “28 il sonra Şuşa erməni işğalından xilas oldu. Şükürlər olsun. Eşq olsun, Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır”, - deyə bildirib.
Vüsalə Camal