Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası bu gecədən başlayaraq ləğv edilib
2020-06-01 12:07
Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası bu gecədən başlayaraq ləğv edilib. Restoran, kafe, çayxanalar, dərnək və klublar, uşaq bağçaları, kitabxanalar, muzeylər, açıq havada konsert yerləri açılır. Həmçinin, qapalı hovuzlar, müalicəvi sular yerləşən istirahət mərkəzləri,parklar, bağçalar, gəzinti sahələri, dəniz kənarları və çay sahillərində balıq tutmaq yerləri, çimərliklər, gəzinti yerləri və park kənarlarındakı qaçış yerləri fəaliyyətə başlayır.
Vüsalə Camal