Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində heyətinə qatmaq istədiyi 3 futbolçunu müəyyənləşdirib
2020-12-04 14:09
Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində heyətinə qatmaq istədiyi 3 futbolçunu müəyyənləşdirib. Onlardan ikisi əvvəllər “cim-bom”un formasını geyinən yarımmüdafiəçilər Jan Mişel Seri və Henri Onyekurudur. Onyekuru ilə ilkin razılıq artıq əldə edilib. “Fulhem”də əsas heyətə düşə bilməyən Seri ilə bağlı plan da eynidir. Baş məşqçi Fatih Terimin alınmasını istədiyi digər oyunçu isə “Fortuna”nın hücumçusu Kənan Karamandır.
Fərid Mehdiyev