Türkiyənin “Qalatasaray” klubu daha iki futbolçunu transfer edib
2020-02-01 10:09
Türkiyənin “Qalatasaray” klubu daha iki futbolçunu transfer edib. İstanbul təmsilçisi bir müddətdir danışıq apardığı Deandre Yedlin və Gedson Fernandesi heyətinə qatdığını açıqlayıb. İngiltərə klubu “Nyukasl”dan pulsuz alınan 28 yaşlı sağ cinah müdafiəçisi Yedlin yeni komandası ilə 3,5 illik müqaviləni razılaşdırıb. İngiltərənin digər klubu “Tottenhem”in icarə müqaviləsinə xitam verdiyi yarımmüdafiəçi Fernandes isə müqavilə ilə məxsus olduğu “Benfika”ya qayıtmayıb. Çünki Portuqaliya təmsilçisi 22 yaşlı yerli futbolçunu mövsümün sonuna qədər “cim-bom”a icarəyə verib. “Qalatasaray” qış fasiləsində buna qədər Henri Onyekuru və Halil Dərvişoğlunu transfer edib.
Fərid Mehdiyev