Türkiyənin “Fənərbaxça” klubu heyətinə ukraynalı futbolçu qatmağa hazırlaşır
2020-06-19 16:09
Türkiyənin “Fənərbaxça” klubu heyətinə ukraynalı futbolçu qatmağa hazırlaşır. İstanbul təmsilçisi “Şaxtyor”un yarımmüdafiəçisi Aleksandr Zubkovun xidmətində maraqlıdır. Super Liqa təmsilçisi ukraynalı legioneri icarəyə götürmək istəyir. Cari mövsümü Macarıstanın “Ferensvaroş” klubunda icarədə olan futbolçu mövsümün sonunda Donetsk təmsilçisinə qayıdacaq.
Vüsalə Camal