Türkiyənin “Ankaragücü” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib
2020-10-27 13:09
Türkiyənin “Ankaragücü” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib. Testlər nəticəsində daha iki futbolçuda və klub işçisində koronavirus aşkarlanıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmin şəxslərin adları açıqlanmayıb. Onlar dərhal karantinə alınıblar. Xatırladaq ki, “Ankaragücü” ötən həftə də bir futbolçusunda və bir klub işçisində koronavirus aşkarlandığını açıqlamışdı. Bu səbəbdən 6-cı turda keçirilməli olan “Ankaragücü” – “Hatayspor” oyunu təxirə salınıb.
Fərid Mehdiyev