Türkiyənin ən titullu klubu “Qalatasaray” Şotlandiyada “Reyncers”ə 1:2 uduzaraq avrokubok mövsümünü başa vurub
2020-10-02 11:01
Türkiyənin ən titullu klubu “Qalatasaray” Şotlandiyada “Reyncers”ə 1:2 uduzaraq avrokubok mövsümünü başa vurub. Avropa Liqasının qrupunda ölkəni yalnız əvvəlki raundlardan azad olan “Sivasspor” təmsil edəcək. Almaniya “Volfsburq”u Yunanıstanda AEK-ə uduzub. Avstriya LASK-ını qəbul edən Portuqaliya “Sportinq”i və Bolqarıstan MOİK-ini sınağa çəkən İsveçrə “Bazel”i mübarizəni ev matçında dayandırıb. “Tottenhem” Hayfa “Makkabi”sini 7:2 hesabı ilə üstələyib. Bu gün keçiriləcək qrup mərhələsinin püşkatmasında 48 komanda 12 qrupa bölünəcək.
Nərgiz Camal