Türkiyəli hücumçu Azərbaycan millisindən imtina edib
2020-07-22 14:08
Almaniyanın "Darmştadt" klubunun formasını geyinən hücumçu Sərdar Dursun Azərbaycan millisində çıxış etmək təklifi alıb. 29 yaşlı forvard Türkiyə mətbuatına açıqlamasında deyib ki, AFFA-dan gələn təklifdən imtina edib: "Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim" – deyə Sərdar Dursun vurğulayıb.
Vüsalə Camal