Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb, 105 min 505 nəfər isə yaralanıb. Dağıdıcı təbii fəlakətdən sonra 3 min 170 afterşok qeydə alınıb. Zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir. Zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub.
Malatyada dağıntılar altında qalan dörd azərbaycanlı tələbənin hamısının cəsədi də tapılıb. Meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib. Gənclər Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olublar. 3 ildir qardaş olkədə olan 2001-ci il təvəllüdlü Vəliyev Şahin Nail oğlu Gəncədəndir.
Adıyamanda isə 77 yaşlı Fatma Güngör Merve zəlzələdən 212 saat sonra yaşayış binasının dağıntıları altından sağ çıxarılıb.
Fərid Mehdiyev