Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
2020-01-25 12:03
Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb. Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsinin məlumatına görə, indiyədək zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşları ilə bağlı heç bir məlumat daxil olmayıb. Dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər isə xəsarət alıb.
Fərid Mehdiyev