Türkiyədə yenidən yeraltı təkanlar olub
Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən 7,8 maqnitudalı şiddətli yeraltı təkanlar olub. Zəlzələ ölkənin bir çox bölgəsində hiss edilib. Bu gün səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ nəticəsində 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsas diqqətin insanların xilas edilməsinə yönəldiyini bildirib.
Vüsalə Cənnətova