Türkiyədə yenə zəlzələ olub
2021-03-31 10:07
Türkiyənin Aydın vilayətində zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi bildirib. Məlumata görə, yeraltı təkanlar Quşadası rayonunda yerli vaxtla saat 23:54-də 3,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,9 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat qeydə alınmayıb.
Fərid Mehdiyev