Türkiyədə təlim-məşqdə olan boks yığmamız orduya dəstəkdir
2020-10-28 12:09
Berlində Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və Ermənistan səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub. Ramin Həsənov Ermənistanın Azərbaycan torpaqlarının 20%-ini işğal etməsindən, etnik təmizləmə aparmasından, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən danışıb. Ermənistanın növbəti təxribatı, Gəncə də daxil olmaqla, şəhər və rayonlarımıza raket zərbələri, mülki şəxslərin həlak olması barədə geniş məlumat verib. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edərək, bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl eləməsi üçün təsir etməyə çağırıb.
Nərgiz Camal