Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib
Türkiyədə Mardin mərkəz olmaqla 3 vilayətdə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib, 45 şübhəli saxlanılıb.Araşdırma zamanı şübhəlilərin xaricdə fəaliyyət göstərən qanunsuz mərc saytları vasitəsilə mərc oyunlarına şərait yaratdıqları və pul köçürmələrinə vasitəçilik etdikləri müəyyənləşib. Onların hesablarında 43min 986 əməliyyat üzrə 13 milyon 894 min 200 manat dövriyyə qeydə alınıb. Axtarışlar zamanı 2 uzunlüləli silah, 177 patron və rəqəmsal materiallar aşkarlanıb.
28 sentyabr 2026

