Türkiyədə Polad Həşimova film həsr edilib
2021-02-18 18:01
Türkiyənin "Yeni Şafak" qəzeti "Tabuta sığmayanlar" videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib. Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham və silahdaşları onun haqqında xatirələrini bölüşüblər. Ötən il layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi.
Fərid Mehdiyev