Türkiyədə məhkəmə binasına silahlı hücum olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb
İstanbulda məhkəmə binasında silahlı insident olub. Polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Öldürülən silahlı şəxslərdən biri qadın, digəri kişidir.
Fərid Mehdiyev