Türkiyədə klub prezidenti hakimi döyüb
Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca saxlanılıb. Buna funksionerin "Rizəspor"la Superliqanın XV turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub. Onunla birlikdə daha iki nəfər saxlanılıb. Klub prezidentinin döydüyü hakim Halil Umut Meler isə karyerasını başa vurduğunu açıqlayıb. Bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.
Fərid Mehdiyev