Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 826 şübhəli saxlanılıb
Türkiyənin 36 vilayətində son 5 gündə kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 826 şübhəli saxlanılıb. Onlardan 444-ü həbs edilib, 254 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib. Əməliyyatlar qanunsuz mərc və qumar, kiberdələduzluq, onlayn uşaq istismarı və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması ilə bağlı aparılıb.
23 sentyabr 2026

