Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7.4 maqnitudalı zəlzələ olub. Qaziantep şəhərində isə ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Diyarbəkir, Adıyaman, Şanlıurfada hiss olunub. Şanlıurfa şəhərində 15 vətəndaş ölüb, 16 bina dağılıb. Osmaniyədə 5 nəfərin həlak olduğu və 34 binanın dağıldığı açıqlanıb. Malatya şəhərində isə 23 nəfər ölüb, 420 nəfər yaralanıb, 130 bina dağılıb. Diyarbakırda 6 nəfər ölüb, 79 nəfər yaralanıb, 6 bina dağılıb. Suriyada, Livanda və Kiprdə də Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib. Daxili işlər naziri Süleyman Soylu Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələdən sonra ən yüksək həyacan səviyyəsi elan edildiyini açıqlayıb.
Nərgiz Camalzadə