Türkiyədə futbol liqaları dayandırılıb
2020-03-20 12:08
Türkiyədə futbol liqaları dayandırılıb. Buna ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması səbəb olub. Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin son iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların bir ay müddətinə təxirə salınması qərara alınıb. Daha əvvəl verilən qərara görə, çempionat oyunları azarkeşsiz keçirilirdi.
Fərid Mehdiyev