Türkiyədə final həyəcanı yaşanacaq
2020-07-29 14:09
Bu gün futbol üzrə Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçiriləcək. İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil olunacaq son qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. "Trabzonspor" Superliqada ikinci yeri tutub. Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayacaq.
Vüsalə Camal