Türkiyədə baş verən zəlzələ güclü dağıntılara səbəb olub

Bu gecə Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7.4 maqnitudalı zəlzələ olub. Bir müddət sonra isə Qaziantepdə 6.4 bal gücündə növbəti yeraltı təkanlar qeydə alınıb. Müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Diyarbəkir, Adıyaman, Şanlıurfada avtoşoklar hiss olunub. Zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2383 nəfər yaralanıb, 1710 bina dağılıb. Zəlzələ nəticəsində 6 min illik tarixi olan Qaziantep qalası dağılıb. Təbiət hadisəsi nəticəsində Hatayda qaz xəttində partlayış baş verib və yanğın meydana gəlib. Hatayda həmçinin hava limanı yararsız hala düşüb, uçuş zolaqlarında dərin çatlar yaranıb. Zəlzələ ilə əlaqədar məktəblərdə bir həftəlik tətil elan edilib.
Suriya, Livan və Kiprdə də Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib. Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb, 639 nəfər xəsarət alıb.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik