Türkiyədə azərbaycanlının da olduğu 40 milyon avroluq şəbəkə çökdürüldü
Türkiyə, İnterpol və Çexiya hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində 40 milyon avroluq beynəlxalq dələduzluq şəbəkəsi ifşa olunub. Əməliyyat zamanı aralarında Azərbaycan vətəndaşı Kamil Rəhimovun da olduğu 56 şübhəli saxlanılıb. Cinayətkar qrup üzvləri süni intellekt və “deepfake” texnologiyasından istifadə edərək özlərini polis və bank əməkdaşları kimi təqdim edib, insanları aldadaraq pullarını mənimsəyiblər.
12 noyabr 2026

