Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib
2020-10-11 14:09
Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.
Nərgiz Camal