Türkiyə XİN Xocalı faciəsi ilə bağlı başsağlığı verib
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. “Ermənistan tərəfindən Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. Yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - deyə paylaşımda bildirilib. "Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq. Bu cümlə isə Türk Dövlətləri Təşkilatının paylaşımda yer alıb. TÜRKSOY-dan da “Xocalı soyqırımı şəhidlərimizi sayğı və rəhmətlə anırıq”, - deyə bildirilib.
Vüsalə Cənnətova