Türkiyə vətəndaşı Ordumuza dəstək üçün nişan üzüyünü göndərib
2020-10-13 12:08
Türkiyə vətəndaşlarından biri Azərbaycan Ordusuna dəstək üçün öz nişan üzüyünü göndərib. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə Quru Qoşunları məktəbinin yeni tədris ilinin açılış mərasimində bildirib ki, səfirliyə hər gün 2-3 min dəstək məktubu gəlir. Maraşdan bir şəxs də səfirliyə içərisində Türkiyə bayrağı və nişan üzüyü olan məktub göndərib.
Nərgiz Camal