Türkiyə vətəndaşı Göygöldə dünyasını dəyişib
Türkiyə vətəndaşı- 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb. Hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Azad Mustafayev