"Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək" - Hulusi Akar
"Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın "Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir deyib ki, Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.