Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur - Prezident
2021-03-05 14:12
Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq. Prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən belə deyib. Dövlət başçısı Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin həm xalqlarımız, həm bölgə üçün böyük önəm kəsb edəcəyini vurğulayıb. "Dünya miqyasında bizim qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq" - Prezident İ.Əliyev qeyd edib.
Nərgiz camal