Türkiyə Super Liqasında XI tur başa çatıb
2020-12-08 10:10
Türkiyə Super Liqasında XI tur başa çatıb. Turun son günündə bir oyun keçirilib. “Trabzonspor” öz meydanında “Sivasspor”la görüşüb. Meydan sahibləri ilk yarının son dəqiqələrində hesabı açıb. Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda oynayan sivaslılar məğlubiyyətdən qaça bilib. 1:1. Növbəti turun oyunları dekabrın 11-14-də keçiriləcək.
Vüsalə Camal