Türkiyə Super Liqasında mövsüm qalibi müəyyənləşəcək
2021-05-15 14:00
Bu gün Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşəcək. Çempionluq uğrunda mübarizə aparan 3 klub həlledici qarşılaşmalarına çıxacaq. Bakı vaxtı ilə saat 21:30-da başlanacaq görüşlərdə "Beşiktaş" "Göztəpə"nin qonağı olacaqsa, "Qalatasaray" "Yeni Malatyaspor"u qəbul edəcək. "Fənərbağça" isə "Kayserispor"un qonağı olacaq.
Vüsalə Camal