Türkiyə Super Liqasında 26-cı tura yekun
2020-03-17 10:06
Futbol üzrə Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub. Son oyun günü 1 qarşılaşma baş tutub. Turun qapanış görüşündə liderlər qrupunda qərarlaşan “Sivasspor” səfərdə Antalyasporun qonağı olub. Koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilən oyunda 1 qol vurulub. Qarşılaşmadakı yeganə qola meydan sahiblərindən Veysəl Sarı imza ataraq Antalyaspora 1:0 qələbə qazandırıb.
Fərid Mehdiyev