Canlı
Türkiyə sanksiyalara baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək

2018-08-08 / 16:06

Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib. O bildirib ki, Türkiyə üçün vacib məsələ enerji təhlükəsizliyidir: “Bizim İranla 2026-cı ilədək qaz müqaviləmiz var. Bu müqavilə əsasında ildə 9,5 milyard kubmetr qaz alırıq. Vətəndaşlarımızı soyuqda və elektriksiz saxlamaq niyyətimiz olmadığı üçün bu müqavilənin icrası davam etdiriləcək”. Sitatın sonu.

Ruhəngiz Hacızadə